SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə uzun illər fahişəliklə məşğul olan qadın etdiyi hərəkətlərlə insanlıq nümunəsinə çevrilib.


BAKU.WS xəbər verir ki, Edirnedə yaşayan Mürvet Taşvur adlı qadın uzun müddət fahişəxanada çalışıb. Bədənini satmaqla dolanan Mürvet övladı olmadığı üçün meylini pişiklərə salıb.

Qaldığı fahişəxanada ayrıca otaq ayırıb və pişikləri ora yığıb. Bu isə fahişəxananı işlədən şəxsin narazılığına səbəb olub. Bu səbəbdən onu və bu işdə ona kömək edən digər qadını həmin binadan qovublar.

Mürvet deyir ki, artıq fahişəlik etmək istəmir. Onunla birgə fahişəxanadan qovulan qadınla birlikdə bir ev tutub. Normal iş tapıb, dolanışığını düzəltmək istəyən qadınlar, tutduqları evə 20 pişik gətiriblər.

Mürvet bildirir ki, onlar qazanclarını pişiklər üçün xəcrləyəcəklər.

Cavid Babayev
BAKU.WS