VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün dünyasını dəyişən Xalq artisti Amalya Pənahovanın uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkməsi məlum olub.

BAKU.WS-in məlumatına görə, bu gün ATV-də yayımlanan "BizimləSən" verilişində sənətkarın xatirəsi yad edilib.

Proqrama qatılan Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist Təzəgül Hidayət və aktyor Tural Baxış Amalya Pənahova haqqında ən xoş xatirələrini danışıblar.

Verilişdə ekspert qismində iştirak edən tanınmış diktor, əməkdar artist Nailə İslamzadə isə aktrisanın heç vaxt səhhətindən şikayət etmədiyini vurğulayıb. O, son vaxtlar sənətkarın üz cizgilərinin dəyişməsini onun xəstəliyi ilə əlaqələndirib:

"Biz onu sağlam bilirdik. Mən onu bir neçə ay əvvəl tədbirdə gördüm. O axır vaxtlar bir az dəyişmişdi. Çox yozdular ki, əməliyyatlara görə dəyişib. Hər bir qadın istəyər ki, gözəl olsun. O da eləmişdi. İndi biz bilirik ki, onun üz cizgilərini dəyişən xəstəliyi imiş".

Hüseyn Məmmədsalahov
BAKU.WS