VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin Şəmistan Əlizamanlı Türkiyə kanalında seriala çəkilir.


BAKU.WS xəbər verir ki, o, TRT1 kanalında yayımlanan “Diriliş Ərtoğrul” serialında rol alıb.


Şəmistan Əlizamanlı serialın yeni mövsümünün ilk seriyasında ozan rolunda “Allah türkə yar olsun” mahnısını oxuyub.


Qeyd edək ki, Əlizamanlı Şəmistan Hüseyn oğlu 1959-cu il fevralın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olub. 1977-79-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib.


Şəmistan Əlizamanlı bir çox tanınmış hərbi vətənpərvərlik mahnılarını ("Əsgər marşı","And içirik", "Çağırır vətən", "Qalx, Azərbaycan", "İgid əsgər", "Vətən əmanəti", "Öncə vətəndir", "Can Azərbaycan", "Birinci batalyon", "Cənab Leytenant", "And içirəm", "İgid oğlum, leytenantım", "Sıravi Əhməd", "Çırpınırdı qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Heyran türkün bayrağına", "Qafqaz dağı, yol ver bizə" və s.) ifa edir.


BAKU.WS