SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistan ordusuna məxsus yük avtomobili qəzaya uğrayıb. 


BAKU.WS Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün günorta çağı Gorus istiqamətində baş verib. 

Nəticədə 4 əsgər ölüb, 17-si isə ağır xəsarət alıb. 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artrun Ovanisyanın sözlərinə görə, hadisə nəticəsində ölən əsgərlər Ayrapet Nairyan (1998), Qrant Qasparyan (1998), Edqar Unanyan (1998) və David Melkonyandır (1998).

BAKU.WS