VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı Nəqliyyat Agentliyinin (BNA) yerləşdirdiyi tumbalar səkidə baş verən qəzanın genişlənməsinin qarşısını alıb.


BAKU.WS xəbər verir ki, bu barədə məlumatı qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.


Onun sözlərinə görə, bu gün səhər saatlarında paytaxtın Xocalı prospektində yol nəqliyyat hadisəsi baş verib: “Qəza zamanı minik avtomobili idarəetmədən çıxaraq səkiyə doğru hərəkət edib.


Lakin avtomobil səkidə olan qoruyucu tumbaya dəyərək dayanıb. Bu fakt bir daha BNA-nın səkilərdə qoruyucu tumba quraşdırmasının nə qədər doğru addım olduğunu göstərir”.


BAKU.WS