SİZİN REKLAM BURADA!
055 213 76 73



Dağıstan rəhbəri Vladimir Vasilyev respublikanın ən yüksək mükafatının təqdimetmə mərasimində UFC çempionu Həbib Nurməhəmmədova onun köməkçisi olmağı da təklif edib.

BAKU.WS xəbər verir ki, bu haqda Rusiyanın TASS agentliyi məlumat yayıb.

Rusiyalı döyüşçü respublikanın rəhbəri ilə görüşü haqda "Instagram" hesabında bunları qeyd edib:

“Bu gün respublika rəhbəri Vasilyev Vladimir Abdualiyeviç məni və atamı çox isti qarşıladı, eləcə də, bizi “Dağıstan Respublikasına xidmətlərinə görə” ali mükafatı ilə təltif etdi”. 

Bundan əlavə, H. Nurməhəmmədova Dağıstan rəhbərinin köməkçisi vəzifəsi təklif edilib. Bu məsələ onların növbəti görüşündə müzakirə ediləcək.

BAKU.WS