VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana keçən "Mercedes Benz 220" markalı avtomobil saxlanılıb.


Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən öncə avtomobilin sahibi gömrük bəyənnaməsinin bəndlərinə uyğun şifahi sorğu-sual edilib.


Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin sağ və sol yan karnizlərinin içindən üzərində "BİGCRACKER A15" yazısı olan, hər birində 10 ədəd olmaqla 100 qutu pirotexniki vasitə aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.


BAKU.WS