SİZİN REKLAM BURADA!
055 213 76 73



CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 24-də 78,06 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,4 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 24-də 77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,41 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 24-də 73,54 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,57 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 24-də 77,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,53 dollar/barel azdır.

BAKU.WS