SİZİN REKLAM BURADA!
055 213 76 73



Qızılağac Dövlət Təbiət Qoruğunda güclü yanğın başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, yanğın qoruğun Masallı rayonu ərazisində olsa da, alovun işartıları Xəzərin Lənkəranın sahilboyu ərazilərində də müşahidə olunur.

Yanğın sahildən aralıda olduğundan texnikaların əraziyə keçirilməsi mümkün deyil. Havanın küləkli olması alovun yayılmasının riskini artırır. FHN-nin Masallı və Liman Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti əraziyə səfərbər edilib.

BAKU.WS