VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nargis jurnalının xüsusi dəvəti ilə 52-ci nömrənin üz qapağının qəhrəmanı, bədii gimnastika üzrə idman ustası, dünya çempionatlarının mükafatçısı Samira Mustafayeva @samira__mustafaeva ustad dərsi ilə Bakıya gəlir.


BAKU.WS xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyasının versiyasına əsasən dünya səviyyəli gimnast Samira Mustafayeva "SM Stretching" @smstretching studiya şəbəkəsinin sahibi və ideya rəhbəridir.


Bu studiya şəbəkəsində 3 istiqamət təqdim olunub: Stretching, TRX və BARRE. Oktyabr ayının əvvəlində Samirə və onun həyat yoldaşı Moskvada artıq beşinci studiyasını açıblar.


Bədii gimnastika sahəsində idman karyerası boyunca o dünya miqyaslı müsabiqələrdə öncə Azərbaycanı, sonra isə Rusiyanı təmsil edib, mükafatlar qazanıb.


Samira Tokioda (2008) AEON Kubokunda, Mie'də (2009) Dünya Çempionatında, Moskvada (2010) Dünya Çempionatında, Kazan şəhərində (2012) bədii gimnastika üzrə Rusiya çempionatında bürünc medallar qazanıb.


Həmçinin Kazan şəhərində (2012) keçirilən Rusiya çempionatında topla çıxışına görə qızıl medala, Vittoriada (2012) Beynəlxalq bədii Gimnastika Turnirində və Kazan şəhərində (2013) bədii gimnastika üzrə Rusiya çempionatında qızıl medallara layiq görülüb.


"Bir nеçə nəfərdən ibarət qrupla ilk stretçinq dərsimi keçirdiyim kiçik zirzəmidən biz studiya şəbəkəsinə qədər böyüdük, hazırda bu studiyalarda üç istiqamət təqdim olunur!" – Nargis jurnalının oktyabr nömrəsinə verdiyi eksklüziv müsahibəsində Samira bildirmişdi.


İdmançının tarixi vətənində ilk ustad dərsi bazar günü AQUATIC PALACE-də keçiriləcək. 60 dəqiqə ərzində Samira düzgün dartınmanı göstərəcək və qonaqları öz elastikliyi və zərif hərəkətləri ilə təəccübləndirəcək.


Ustad dərsi qapalı şəkildə keçiriləcək.


Ustad dərsi ilə əlaqədar oktyabrın 27-də saat 16:00-da “Boulevard Hotel Baku”-da mətbuat konfransı keçiriləcək.


Mətbuat konfransında iştirak etmək üçün əlaqə saxlaya bilərsiniz:


Phone: (99412) 464 9111/12/13


Ustad dərsi haqqında ətraflı məlumatı Nargis jurnalının rəsmi səhifələrindən əldə edə bilərsiniz:


Instagram: https://www.instagram.com/nargis_magazine/ 


Facebook: https://www.facebook.com/nargismagazine


BAKU.WS

BAKU.WS