SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhərinin Suraxanı rayonunda ağac insanların üstünə aşıb.


BAKU.WS xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Hövsan qəsəbəsində qeydə alınıb. 


Nəticədə 33 yaşlı Aygün Cəfər qızı Əlizadə, 37 yaşlı Xuraman Kamil qızı Muradova və 33 yaşlı Aynur Asif qızı Babayeva xəsarət alıblar. Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.


Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.


Ziya SƏCCAD
BAKU.WS