SİZİN REKLAM BURADA!
055 213 76 73



Samux rayon sakini arvadını qətlə yetirərək meşədə basdırıb.


"Report"un qərb bürosu xəbər verir ki, rayon sakini Ağamir Səmədov ailə münaqışəsi zəmnində arvadı Ləman Səmədovanı döyərək qətlə yetirib.


Daha sonra onun meyitini "VAZ-21011" markalı avtomobillə rayonun Qırmızı Samux kəndinin meşə zolağına apararaq orada basdırıb.


Hadisədən bir neçə gün sonra A.Səmədov L.Səmədovanın bacısı Azadil Qəhrəmanovaya aralarında problem olduğu üçün Ləmanın evdən qaçdığını bildirib.


A.Qəhrəmanova Samux Rayon Polis Şöbəsinə ərizə ilə mürəciət edərək bacısının ailə münaqişəsi zəmnində evdən qaçaraq geri qayıtmadığı barədə məlumat verib.


Dərhal polis və prokurorluq orqanları əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan əməliyyat-axtarışlar tədbirlərinin nəticəsində Ləman Səmədovanın qətlə yetirilməsi məlum olub. Ağamir Səmədov şübhəli şəxs qismində saxlanılaraq instintaqa cəlb edilib.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


BAKU.WS