VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənni Vəfa Şərifovanın qız övladı dünyaya gəlib.

BAKU.WS
 ölkə.az-a istinadən xəbər verir ki, 18 oktyabr tarixində paytaxt klinikalarından birində dünyaya gələn körpənin durumu normaldır.


Əldə edilən məlumata görə, uşağın atası bir müddət öncə adı Şəbnəm Tovuzluyla hallanan Famil Xəlilovdur.


Xatırladaq ki, hələ bir müddət öncə V.Şərifovayla Şəbnəm Tovuzlu (Əsədova) arasında münasibətlər məhz F.Xəlilova görə gərginləşmişdi. Belə ki, uzun müddət onunla vətəndaş nikahında yaşayan Xəlilovun başqa bir sənətçiylə münasibətini qəbul edə bilməyən Ş.Tovuzlu Vəfayla danışmırdı.


Bir neçə ay bundan əvvəl Vəfa Şərifova efirdə düşmən münasibətdə olduğu həmkarı Şəbnəm Tovuzlu barəsində xoşagəlməz fikirlər səsləndirmişdi.


BAKU.WS