VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS 25 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
- Gözəl gün yaşayacaqsız. Çoxdan görüşmədiyiniz dostlarınızla bərabər axşam keçirə bilərsiz. Sevgi münasibətlərində romantik anlar gözlənilir. Dostlar və yaxınlarınızın təşəbbüslərini dəstəkləyin. Yaradıcılıq və işgüzarlıq potensialınız bu gün yüksək deyil. Gəlir ehtimalı azdır.


Buğa - Sənədləşdirmə, müqavilə və anlaşma imzalamaq, mühüm sənədlərlə iş üzrə əlverişli gündür. Maliyyə durumu əlverişlidir. Çoxdan arzuladığınız əşyanı ala bilərsiniz.Əvvəllər qarşılıqlı anlaşmaya nail ola bilmədiyiniz insanlarla da dil tapa bilərsiniz. Yeni tanışlıq istisna deyil.


Əkizlər - Düşünülməmiş addımlar atmayın. Diqqət tələb edən işdə səhv buraxmayın. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, evdə də problemlər yarana bilər. Təmkin nümayiş etdirin, vəziyyəti ağırlaşdırmayın. Aqressiv, qıcıqlı olmayın. Əhəmiyyətli xərclər istisna deyil.


Xərçəng - Uğurlu gündür. Bu gün bir neçə təklif ala bilərsiniz. Aldanmayın, həmin təkliflər ciddi deyil. Ünsiyyətdə səbrli və təmkinli olun, çərçivəni daraldın. Tərəfdaş və ya şəriklə münasibətlərdə yeni məqamlar yaranır. Eyni vaxtda bir neçə işlə məşğul olmağınız gərəkdir. 


Şir - Yaxşı gündür. Hər şey plana uyğundur. Nizamı pozmamaq üçün hadisələrin axarına müdaxilə etməyin. Ünsiyyət, danışıqlar və yazışmalarda önəmli məqamlar yaranacaq. Kollektiv və ya sizinlə həmfikir olan insanlar yeni işə başlamaq üçün təkan verəcəklər. Tələsməyin, yeni plan hazırlayın. 


Qız - Əla gündür. Güclü və eyni zamanda qətiyyətlisiz. Sizin üçün görülməsi mümkün olmayan iş yoxdur. Üstəlik, qarşınızda gözlənilməz imkanlar açılır və siz onlardan lazımi qaydada istifadə edirsiniz. Kommersiya fəaliyyəti üçün uyğun gündür. Bu gün bağlanan sövdələr yaxşı gəlir gətirəcək.


Tərəzi - Bu gün sizin üçün vacib olan münasibətlərin və insanların həyatınıza qayıdışı ilə əlamətdar olacaq. Ulduzlar sizə ikinci şans verir: keçmiş səhvlərinizi təkrarlamadan bu şansdan istifadə edin. Yaxşı olar ki, bu günü sizi tanıyan, anlayan, həyata baxışınızı dəstəkləyən insanlara həsr edəsiniz.


Əqrəb - Həftənin ən anlaşılmaz günüdür. Bu gün alacağınız xəbər sizi çaşdıracaq. Planlarınızı dəyişməli olacaqlar. Yeni münasibətlərə başlaya bilərsiniz, amma ehtiyatlı olun. Yaxınlarızla və ümumiyyətlə, yaşda sizdən cavanlarla ünsiyyət sizi sevindirəcək: onların nikbinliyi və həyatsevərliyi sizi də qanadlandırır.


Oxatan - Sizin üçün çox dəyərli bir insana görə narahatlıq keçirəcəksiniz: onun hərəkətləri sizə düşünülməmiş və təhlükəli görünür. Öz işlərinizə vaxt qalmır, baxmayaraq ki, onlar da özlərinə qarşı ciddi diqqət tələb edir. Əgər kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, ehtiyatlı olun, sövdələşmələr heç nədən korlana bilər.


Oğlaq - Yaxın insanlarla əlaqələri yeniləyin və aktivləşdirin. Hadisələrə təsir imkanlarına malik insanlarla müzakirələri səngitməyin. Yeni layihəyə başlaya bilərsiniz. Yeni tərəfdaş və ya şəriklər arayın. Önəm verdiyiniz insanı daha yaxşı anlamaq üçün diqqət mərkəzində olun. Kölgəyə çəkilməyin.


Dolça - Faydalı məlumatlar əldə etməyə can atın. Elektron servislərdən istifadə edin. Günün ikinci yarısında alış-verişə yollananda nə alacağınızı dəqiq bilin. Seçimdə yanılmayın, nə istədiyinizə qərar verəndə astagəllik etməyin. Spontan addımlar yalnız zərər verə bilər. Axşam saatlarında normal istirahət edin.


Balıqlar - Günü karyeranıza həsr edin. Peşəkar fəaliyyətinizlə bağlı məsələləri həll etməyə çalışın. Sənədləşmə ilə bağlı işlər, hesabatların hazırlanması üçün əlverişlidir. Gərəkli məlumatları vaxtında əldə etmək üçün bütün vasitələrdən yararlanın. İnsanlara dəyərindən artıq qiymət verirsiniz, hətta buna haqqı çatmayanlara da.


BAKU.WS