SİZİN REKLAM BURADA!
055 213 76 73



Space TV-də yayımlanan "El bizim sirr bizim" verilişində uşaq zorakılığı ilə bağlı mövzu müzakirəyə çıxarılıb. 

BAKU.WS xəbər verir ki, qonaqlar bu mövzuya xüsusi diqqət yönəldilməsini vurğulayıb.

Müğənni Nura Suri uşaq zorakılığı ilə bağlı mətbuatın rolunun böyük olduğuna diqqət çəkib. Müğənni BAKU.WS-in uşaq zorakılığı ilə bağlı dərc etdiyi məlumatları sosial şəbəkədə paylaşıb və vəziyyətin çox acınacaqlı olduğunu dilə gətirib. Nura Suri həmin xəbərlərdən söhbət açıb və insanların uşaq zorakılığına göz yummasının qəbuledilməz olduğunu bildirib. 

Daha sonra BAKU.WS-in baş redaktoru Azad Əliyev mövzuya münasibətini bildirib. Aparıcı Elçin Əlibəyli zorakılıqla bağlı məlumatların insanlara mənfi təsir etdiyini söyləyib. Azad Əliyev isə bu arqumentin heç də belə olmadığını öz fikirləri ilə izah edib: 

"Məlumatı gizlətməklə ondan xilas olmaq olmaz. Bu problemləri işıqlandırmaq bizim işimizdir. İnsanlara bu cür xəbərlərin necə təsir edəcəyi psixoloqların işidir. Psixoloji cəhətdən tam normal bir insana cinayətdən nə qədər danışsan da o, cinayətə meyilli olmayacaq. Bəzi insanların şüuraltında bu cür hadisələrə meyillilik var ki, xırda bir xəbər də görəndə şüuraltında bu mənfi düşüncələr oyanmağa başlayır. Deməli onun problemi var. Biz xəbəri verməsək də, o hansısa filmə və ya xarici mətbuata baxıb məlumatı əldə edəcək və o işi yenə edəcək. Bu cür xəbərləri gizlətməklə insanların psixoloji pozğunluğa, cinayətə meyilliliyini aradan qaldıra bilməyəcəyik".

Abbas
BAKU.WS