SİZİN REKLAM BURADA!
055 213 76 73



Amerikanın Kaliforniya ştatında yaşayan 10 yaşlı qız dünyanın çox pul qazanan uşaqlarından biridir.


BAKU.WS xəbər verir ki, Santa-Klara şəhərində yaşayan Samaira Mehta 8 yaşında hazırladığı “CoderBunnyz” adlı oyundan bu il 35 min dollardan çox pul qazanıb.


Hazırda ailəsinə birgə Santa-Klara şəhərində yaşayan Mehta 6 yaşından internetdə kodlaşdırma ilə məşğuldur.



Qeyd edək ki, Mehta uşaqlıqdan fərqli davranışları ilə seçilir. O, atası ilə birgə özlərindən müxtəlif uşaq oyunları icad edirlər.


O, 2 il əvvəl icad etdiyi “CoderBunnyz” adlı oyunu sonradan kodlaşdıraraq internet oyuna çevirib. Bu işinə görə, Metha tanınmış “Cartoon Network” şirkətinin də marağına səbəb olub. Şirkət bu qızcığazı mükafatlandırıb.


Sonradan şirkət “Cartoon Network” cizgi filmləri nümayiş edən kanalında yayımlanan "Gerçek Powerpuff Girls" videolarında Metha çəkilməyə başlayıb.


Qızın uğur qazanmasında isə atasının böyük rolu var. Hazırda uşaq ABŞ-ın varlı insanları siyahısında yer alır.


Cavid Babayev
BAKU.WS