VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Sumqayıt Dövlət Universitetində (SDU) tələbələrə saqqal saxlamaq qadağan edilib.

BAKU.WS
 a24.az-a istinadən xəbər verir ki, bu barədə SDU-nun bir qrup tələbəsi bildirir ki, saqqallı tələbələr dərsə buraxılmırlar.


Eyni zamanda, saqqal saxladığı üçün auditoriyaya buraxılmayan tələbələrə qaib yazılması göstərişi verilib. Məhz bu göstəriş tələbələrin etirazına səbəb olub. Onların sözlərinə görə, məlum qadağa yeni tədris ili başlanandan sonra daha sərt şəkildə qüvvəyə minib.


Sözügedən qadağa ilə bağlı açıqlama verən SDU-nun Mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli qeyd edib ki, tələbələrə saqqal qadağası üçün rəsmi şəkildə heç bir göstəriş, heç bir tapşırıq verilməyib:


“Ola bilər ki, səliqəli tələbə görünüşünü aşılamaq üçün belə bir tövsiyə verilsin. Amma, ümumilikdə belə bir qadağanın qüvvəyə minməsi ilə bağlı heç bir ciddi xəbərdarlıq yoxdur. Hazırda universitetdə saqqal saxlayan o qədər tələbə var ki… Amma çox uzun saqqal saxlamırlar da. Uzun saqqal saxlayan tələbəni universitetə kim buraxar? Yəni o, normal bir şey deyil, axı tələbə səliqəli olmalıdır. Amma maarifləndirici tədbirlər keçirilir və tövsiyə xarakterli məlumatlar verilə bilər. Yenə deyirəm, universitet rəhbərliyi tərəfindən belə bir göstəriş və tapşırıq verilməyib. Bunu kim yayırsa, yalan məlumatlardır. Təbii ki, saqqal saxlamaq təhsilə heç bir problem yaratmır. Amma indiki dövr bir az qarışıqdır. O qədər dini baxışlar var ki, adam bilmir ki, tələbə bu saqqalı hansı məqsədlə saxlayır?!”.


Qeyd edək ki, bir neçə gün bundan öncə Azərbaycan Odlar Yurdu Universitetində (OYU) tələbələrə hündürdaban ayaqqabı geyinmək qadağan edilib. OYU bu qadağanı hündürdaban ayaqqabıların döşəmə üzərində dərs prosesinin pozulmasına səbəb olacaq səs-küylərin yaratması ilə əlaqələndirib.


BAKU.WS