SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda kişi keçmiş arvadını öldürüb.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.


Verilən məlumata görə, müəyyən olunub ki, Xətai rayonunda 24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş əri, Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Abdullayev tərəfindən münaqişə zəminində bıçaqlanıb.


Təxirəsalınmaz tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən İ.Abdullayev saxlanılıb.


Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


BAKU.WS