SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS 24 oktyabr tarixinin ulduz falını təqdim edir:

Qoç
- Çoxdan bəri planlaşdırdığınız səfər və ya səyahətə hazırlaşa bilərsiniz. Vəzifənizin artmasını və ya gəlir mənbəyinizin daha səbatlı olmasını istəyirsinizsə, bilik və bacarıqlarınızı artırın. Şəxsi işləriniz və maraqlarınızı işdən üstün tutmayın. Səhhətinizə fikir verin. 


Buğa
- Eksperiment edə bilərsiniz. Çevrənizdəki insanlar məqsədə aparan yolda atdığınız addımları tənqid edə bilərlər. Heç kimin fikrini önəmsəməyin, çünki verdiyiniz qərarlar sizin həyatınıza məxsusdur. Əvvəllər qarşılıqlı anlaşmaya nail ola bilmədiyiniz insanlarla da dil tapa bilərsiniz.


Əkizlər - Ulduzlar diqqətli olmağı məsləhət görür. Düşünülməmiş addımlar atıb, səhv buraxmayın. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, evdə də problemlər yarana bilər. Münaqişə və ya mübahisədən sonra barışmaq asan olmadığından güzəştə gedin, vəziyyəti ağırlaşdırmayın.


Xərçəng - Qüvvə və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Səbəbi olmayan riskə əl atmayın. İşdə tərəfdaş və ya həmkarlarla münasibətlər pisləşə bilər. Ailənizin yaşamınızda əksini tapacaq qərar qəbul etməlisiniz. Narahat və nigaran olmayın. Diqqətli olun, düzgün qərar verin.


Şir - Şikayətlənməyin, problemlər müvəqqətidir. Aktiv olun, daim irəlidə olmağa çalışın. Kollektiv fəaliyyət üçün məhsuldar gündür. Şəxsi münasibətlərdə aqressiv təşəbbüsə can atmayın. Planlarınızda dəyişiklik ola bilər. Konkret məsələ ilə bağlı mövqelərdə ciddi fərqlər yaranacaq.


Qız - Çətin gün olsa da, problemlərin öhdəsindən gələcəksiniz. Kiçik problemlərə görə əhvalınızı pozmayın. Məntiqli, soyuqqanlı olun. Sizi sevən ailə üzvləriniz və qohumlarınızın məsləhətlərini dinləyin. Lakin onların maraqlarını müdafiə edərkən, özünüzü unutmayın.


Tərəzi - Sürprizlər və gözlənilməz xəbərlər istisna deyil. Yaşam enerjisi səviyyəsinin yüksək olması ev işlərinin öhdəsindən gəlməyə kömək edəcək. Mühüm məsələnin həllini tapmağa, yaxın ətrafınızdakı insanlarla daha sıx ünsiyyət qurmağa imkan verəcək məlumat alacaqsınız. 

Əqrəb - Emosiyalarınıza nəzarət edin. Təmkinli davranın. Soyuqqanlı və məntiqli olsanız, yaranan problemləri həll edə bilərsiniz. Situasiyada nizam artacaq. Fiziki və emosional baxımdan özünüzü daha yaxşı hiss edəcəksiniz. Çoxdan başa vurmaq istədiyiniz işə qayıtmaq olar.


Oxatan - Təmkinli olun. Bütün işlərə vaxt, enerji və ya imkan çatdıra bilməzsiniz. Şərait ilk baxışdan uğurlu təsir bağışlasa da, genişmiqyaslı layihəni ertələyin. İfrat yorğunluq hissi yaranmasın deyə emosional olmayın, sadəcə bütün diqqəti bir işə yönəldin.


Oğlaq - Yeni işlərə başlamaq üçün ən yaxşı zaman olmasa da, əlavə gəlir mənbəyi arayın. İdeyalarınızı reallaşdırmaq üçün əlverişli imkanlar arayın. Situasiyanı nəzərə alın. Axşam saatlarını sevdiyiniz insanla gəzintiyə həsr edin.


Dolça - Yaşananlara sərt reaksiya verməyin, ən kiçik maneələrdən depressiyaya düşməyin. Xırda çətinliklər əhvalınızı korlamasın. Parlaq, maraqlı fərdlərlə tanışlıq da istisna deyil. Saatlar keçdikcə peşəkar fəaliyyətinizlə bağlı maraqlı təkliflər alacaqsınız. Axşam saatlarında qonaq qəbul etmək olar.


Balıqlar - Süstlük və tənbəllik bu gün əsas düşmənlərinizdir. Yaxşı bələd olmadığınız insanlardan biri etimadınızdan sui-istifadə etməyə çalışacaq. Sadəlövh olmayın. Daşınmaz əmlakla əməliyyatlar və maliyyə məsələlərinin həlli üçün münasib zaman deyil. Axşam saatlarında gəzintiyə çıxın.


BAKU.WS