055 213 76 73
Bu gün səhər saatlarında Bakı metrosunda sıxlıq yaranıb.
Bu barədə metronun mətbuat katibi Bəxtiyar Məmmədov BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, sərnişin sıxlığı “Həzi Aslanov”-“Dərnəgül” stansiyaları istiqamətində hərəkət edən qatarın gecikməsi səbəbindən baş verib.
“Bu gün səhər saat 07: 50-də 38 saylı qatarda problem yaranıb. Nasazlıq qatar "Neftçilər" stansiyasında dalandan çıxan zaman qeydə alınıb. Nəticədə qatar xəttə 5 dəqiqədən sonra çıxıb. Bununla da digər qatarların qrafikində də istər-istəməz gecikmələr olub”, - deyə Bəxtiyar Məmmədov bildirib.
Qeyd edək ki, qatarların hərəkətində ümumilikdə 12 dəqiqə gecikmə qeydə alınıb.
Ziya SƏCCAD
BAKU.WS