VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sürücü bu dəfə avtomobilin yük yerinə hər hansı bir əşya yox, üç azyaşlını mindirib. Uşaqların həyatını təhlükəyə atan sürücü , bu vəziyyətdə hərəkətin intensiv olduğu yolda bir neçə kilometr hərəkətdə olub. Məsələdən xəbərdar olan ,Baş Dövlət Yol Polisi İdarəsi həmin sürücünün aşkar edilərək cərimələnəcəyini bildirir.

Azyaşlıları avtomobilin yük qoyulan hissəsində aparır.

Görüntüləri hadisəyə şahid olan sürücülərdən biri çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib.

Sürücünün sözlərinə görə, o, həmin kadrları Gəncə şəhəri ərazisində çəkib.Kadrlardan aydın olur ki, ''25-BG-012'' dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü salonda yer olmadığından yük yerinə 3 azyaşlı oğlan uşağını mindirib.

O, hətta uşaqlara hava gəlsin deyə yük qapısının arasına taxta parçası qoyub. Üstəlik o, avtomobillərin intensiv hərəkət etdiyi yolda gedir. Bu da azyaşlılar üçün təhlükənin nə qədər böyük olmasından xəbər verir.

Uşaqlar isə arxadan gələn sürücünün onları çəkdiyini görən kimi əl etməyə başlayırlar. Qaydaları kobud şəkildə pozan sürücü bu şəkildə bir neçə kilometr yol gedir. Görüntüləri izləyən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev bildirdi ki, sürücü burda sərnişindaşıma qaydasını pozub. O, həmin avtomobilin sürücüsünün yol polisi tərəfindən aşkar edilərək, barəsində 60 manat və 3 cərimə balı tərtib ediləcəyini bildirdi.

BAKU.WS