SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ prezidenti Donald Tramp jurnalist Camal Haşoqqi vəhşiliklə öldürülməsində sifarişçi kimi adı hallanan Səudiyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd bin Salmanı ittiham etməyəcəyini bəyan edib.

BAKU.WS
 xəbər verir ki, Tramp "Washington Post" qəzetinə müsahibəsində özünə belə haqq qazandırıb: "İsraili qorumağa yardım edəcək başqa kimsəmiz yoxdur"!


ABŞ prezidenti Salmanın ölkəsini sədaqətlə sevən, iradəli və güclü bir insan olduğunu söyləyib, onun yerinə başqa bir liderin gəlməsini istəmədiyini qeyd edib.


O, Səudiyə Ərəbistanının ABŞ-dan milyardlarla dollarlıq silah satın aldığını, neft qiymətlərinə və İranı küncə sıxışdırmaq məsələlələrində təsir gücünə malik olduğunu vurğulayaraq onu tərifləyib.


Tramp deyib ki, əgər ABŞ Səudiyə Ərəbistanına silah satışını dayandırarsa, bundan Çin və Rusiya xeyir görəcək.


                                            Səudiyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd bin Salman

Qeyd edək ki, xarici KİV yazır ki, Salman Camal Haşoqqi (Cemal Kaşıkçı) öldürülməzdən əvvəl şahzadə onunla telefon əlaqəsi yaradıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, səudiyyəli müxalif jurnalist Camal Haşoqqinin öldürülməsinin təfərrüatlarını sabah parlamentdə, AKP-nin qrup toplantısında açıqlayacaq. Ərdoğan hadisənin bütün təfərrüatlarının açıqlanmalı olduğunu deyib.


"The Washinton Post" qəzetinin yazarı Camal Haşoqqi Türkiyə hakimiyyəti ilə yaxın münasibətlərə, o cümlədən prezidentlə şəxsi münasibətlərə malik olub. Ərdoğan onun haqqında "arkadaş" kimi bəhs edirdi.


“Hürriyet” qəzetinin yazarı Abdülkadir Selvi isə sabahı gözləmədənHaşoqqi ölümü ilə bağlı bəzi detalları yazıb. Onun yazısında göstərilir ki, jurnalist konsulluqda tutulan kimi birbaşa konsul Muhammed əl-Üteybinin otağına aparılıb. Haşoqqi sorğuya çəkilmədən cəllad qrupu tərəfindən dərhal boğulub. Onun boğulması 7-8 dəqiqə çəkib, bu vaxt jurnalist təbii reflekslə cəlladlara müqavimət göstərib.


Haşoqqini öldürəndən sonra cəlladlar onun qolundakı “Aplle” smart-saatının fərqinə varıblar. Saatın mobil telefonla əlaqəli olduğunu bildikləri üçün onu açmağa və məlumatları silməyə çalışıblar. Bu məqsədlə jurnalistin barmağı kəsilib və kəsilmiş barmaqla saatı açmağa cəhd olunub. Amma bu baş tutmayıb.


“Səudiyyə tərəfinin açıqladığından fərqli olaraq konsulluqda heç bir mübahisə və ya dava olmayıb, jurnalist dindirilməyib. Onu plastik paketlə və ya ipə oxşayan hansısa plastik materialla boğmağa başlayıblar. Sonra dəhşətin ikinci hissəsi başlayıb. Patoloji anotomiya mütəxəssisi əl-Tubaigy musiqi açıb və cəsədi 15 hissəyə ayırıb. Bütün bunlar konsulun otağında baş verib. Kaşıkçının öldürülmə anına aid səs yazısı da həmin an yaşanan vəhşiliyi əks etdirir”-“Hürriyet” yazarı bildirir.


BAKU.WS