SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Qaziantep şəhərində yerləşən hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzlərindən birində qorxulu anlar yaşadıb.

BAKU.WS
Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı hərbçi özü ilə götürdüyü “G3” markalı tüfəng ilə insanlara hədə-qorxu gəlib.


Hadisə yerinə çox sayda polis, jandarma qüvvələri, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.


Aparılan danışıqlardan sonra fərari əsgər könüllü şəkildə polisə təslim olub.


Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmır.


BAKU.WS