VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Limfa düyünləri boyunda, qolaltında, boğazda, bədənin bir çox hissələrində olur. Orqanizmin təmizlənməsində böyük rol oynayan bu həssas düyünlər bəzən iltihabi prosesdən şişir, ölçüsü böyüyür və ağrı verə bilir.

BAKU.WS medicina.az-a istinadən bildirir ki, limfa düyünləri patoloji hüceyrələrin çoxalmasının qarşısını alır, orqanizmə düşən infeksion agentləri zərərsizləşdirir, hüceyrələrarası mayeni qovur, limfositlərin yaranmasını həyata keçirir. Limfadüyünü yumru və ya oval formada olur, normal vəziyyətdə 1 sm olur. Yüngülcə basıldıqda əl altında hərəkət edən piy vəzisi kimi hiss olunur, ağrısızdır.

Limfatik sistem toxuma və hüceyrələri təmizləmək üçündür. Maddələr mübadiləsi, immun sistem, müdafiə qabiliyyəti, lipid mübadiləsində əsas rol oynayır.

Limfa düyünləri niyə böyüyür?

Limfademopatiya - artıq orqanizmdə təhlükəli vəziyyət yarana biləcəyini göstərən siqnaldır. Yerləşdiyi nahiyədən asılı olaraq hansı sistem və orqanda problem olmasını bilmək olar. Əgər tənəffüs sistemində infeksiya, iltihab varsa - boyun, boğaz limfadüyünləri şişir.
Osteomiletdə diz limfa düyünləri böyüyür.

Orqanizmə infeksiya düşdükdə, iltihabi proses kəskinləşdikdə yaxınlıqda olan limfa düyünləri daha çox müdafiə hüceyrələri sintez edir ki, bu da düyünlərin böyüməsinə səbəb olur. İnfeksiya bədəndə var gücü ilə yayılmağa başlayanda limfadüyünlər onu özündə tutub saxlayır. Orqanizmdə infeksiyalaşma nə qədər yüksəkdirsə, limfa düyün bir o qədər yüklənir. Düyünün ölçüsü 5-6 sm-ə kimi böyüyür.

Əgər bu mərhələdə heç bir tədbir görülməsə, ikincili xəstəlik olaraq limfa düyünlərin iltihabı və irinləməsi- Limfadenit başlayır.

Səbəblər:

-Orqanizmə virus infeksiyalarının düşməsi
-Herpes
-Bakterial infeksiyalar
-Göbələk
-Şiş yaradan hüceyrələrin bölünməsi
-Iltihabi proseslərin olması
-Burun-tənəffüs sisteminin xəstəlikləri- laringitdən tutmuş otitə kimi
-Dİşlərdə karies
-Revmatizm
-Vərəm xəstəliyi
-QİÇS
-Allergik reaksiyalar
-Zəif immun sistemi
-Stress, avitaminoz
-Orqanizmin kəskin soyuması
-Xoş və ya bədxassəli şişlərin olması
-Alkoqolizm, narkomaniya
-Bəzi dərman preparatlarının və antibiotiklərin təsiri

Limfadüyünlərin böyüməsinin səbəbləri o qədər çoxdur ki, hər həkim belə baş çıxara bilmir. Amma əsas 3 qrupu ayırd edirlər: ya orqanizmdə güclü iltihab var, ya infeksiyalar çoxalıb ya da onkoloji proses başlayıb.
Əgər sizdə limfa düyünləri ətrafı qızarıbsa, əllə yoxladıqda böyümə, ağrı varsa, udma və baş çevirmə zamanı diskamfort yaranırsa, şişkinlik, tərləmə, titrəmə, çəki itirilməsi, qaraciyərin böyüməsi, gücsüzlük, öskürək, boğazda ağrı, ürəkbulanma, qızdırma varsa, o zaman limfa düyünlərin iltihabından şübhələnib həkimə getmək lazımdır.

Diaqnoz:

-Həkimin əllə müayinəsi
-Qan analizi
-USM
-RENTGEN
-Onkomarkerlərin təyini
-Lazım gəldikdə, düyündən biopsiya.

Müalicəsi:

Səbəbi araşdırdıqdan sonra antibiotik terapiya başlanılır. Əgər virus infeksiyasıdırsa, simtptomatik müalicə olunur. Əgər göbələk infeksiyasıdırsa, göbələk əleyhinə preparatlar.

Limfa düyünləri şişən zaman xəstə:

-Sutkaya 2litr su içməlidir, çünki limfa suyun sayəsində axın edir.
-Qızdırma salıcı və iltihab əleyhinə dərmanlar qəbul etməlidir.
-Boğaza kompreslər olunmalıdır.
-Ağır halda yataq şəraitində olmalıdır.

Qəti olmaz:

-Limfa düyünlərini sıxmaq, masaj etmək, isitmək, mazlar, kremlər çəkmək.

Cərrahi əməliyyat:

Əgər limfadüyünlər çox böyüyübsə, irinlidirsə və şiş hüceyrələri metastaz veribsə, əməliyyatla götürülür.

BAKU.WS