SİZİN REKLAM BURADA!
055 213 76 73



Artıq bir neçə gündür "Bizimləsən" verilişində mərhum xalq artisti İlhamə Quliyevanın mirası və övladlığa götürdüyü oğlu Orxan Nadirovun həbsi müzakirə edilib. 

BAKU.WS-in axşam.az-a istinadən məlumatına görə, proqramın əməkdaşları müğənninin evini çəkiblər. Mebellər yerində olsa da, İ.Quliyevanın geyimləri və özünə aid olan əşyaları evdə olmayıb. Mərhuç ifaçının bacısı Gülbahar Quliyeva hər şeyi Orxanın götürdüyünü bildirib. O, Quliyevanın məşhur royalının da evdə olmadığını söyləyib. 

Sözügedən binanın gözətçisi Ayxan Hacıyev verilişə zəng edərək, sualları cavablandırıb: 

"İki ay sonra orada işə başladım. Ora kim gəlirdisə, soruşuruq hara gəlirlər. Beş-altı ay əvvəl yuxarıdan royal götürdülər. Orxan orada olmayıb. Dör-beş adam düşürdüm yuxarıdan maşına qoyub və aparıb".

Orxanın doğma anası Lalə isə G.Quliyevanı yalan danışmaqda ittiham edib:

"Cılız söhbətlər hallanır. Bunları nə özümə, nə də İlhaməyə yaraşdırmıram. Gülbahar bacı kimi özünü sayırdısa... İlhamə ilə mən xala qızıyıq. O, öləndə biz evə çatanda hamını mənzildə gördük. Biz evə sonuncu gələn idik. Orxan indi həbsdədir. Niyə Gülbahar o vaxt evə girəndə dedi ki, "Evdə heç nə yoxdur? İlhamə bomj idi?". Çünki hər şeyi artıq götürmüşdülər. İlhamə Gülbahara əziz olsaydı, yas günü elə sözlər deməzdi. Görmüşdü evdə nələr çatmır, niyə onda iddia qaldırmadı? Oğlumun və gəlinimin yaşadığı həmin evə Gülbahar gəldi ki, qardaşımındır. Orxangil 2 il yaşayıblar, onların yanında çıxıblar. Hər şey də evdə olub. İndi Gülbahar deyir, evdən qabları da daşıyıb. Qaz-işıq pulunu da Orxan verib. Gülbahar Orxanı ittiham edir ki, borcları var. Onun da bacısı qızının borcları var idi".
 
G.Quliyeva isə Orxanı əşyaları götürməkdə ittiham edib:

"İlhamədən sonra evi ofisə çevirdilər. Hər şeyi Orxan götürüb. Bizə bu cür boş verilib ev. Orxan evdən çıxandan sonra cəmi iki dəfə getmişəm. Bəli, yas günü qohumlar dedi ki, İlhaməni basdıraq mal-mülkü bölək. Kürklərini Orxan lombarta verib". 

BAKU.WS