SİZİN REKLAM BURADA!
055 213 76 73



Səudiyyə Ərəbistanı nəhayət ki, jurnalist Camal Haşoqqinin İstanbuldakı konsulluqda qətlə yetirildiyini etiraf edib.

BAKU.WS
 Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının bu barədə rəsmi bəyanat yayıb.


Bəyanatda bildirilir ki, Səudiyyə Ərəbistanı Baş Prokurorluğun apardığı təhqiqat nəticəsində Camal Haşoqqi İstanbul baş konsulluğuna girərkən orada olan digər Səudiyyə vətəndaşları ilə mübahisə etməyə başlayıb. Mübahisə əlbəyaxa davaya çevrilib və nəticədə Haşoqqi həyatını itirib.


Bəyanatda qeyd edilir ki, hadisə ilə bağlı 18 səudiyyəli saxlanılıb və qətl hadisəsində məsuliyyət daşıyan hər kəs cəzasını alacaq.


Lakin açıqlamada Camal Haşoqqinin cəsədinin taleyi barədə məlumat verilmir.


Qeyd edək ki, xarici media Haşoqqinin konsulluqda necə öldürüldüyü barədə dəhşətli təfərrüatları açıqlayıb. Bu təfərrüatlara əsasən jurnalist sənəd almaq üçün konsulluğa girən kimi xüsusi olaraq Ər-Riyaddan göndərilmiş cəllad qrupu ona hücum çəkib. Jurnalisti konsul Muhammed əl-Üteybinin otağına apararaq orada işgəncə ilə öldürüblər. Qrupda yer alan pataloji anatomiya mütəxəssisi Xaşoqinin cəsədini 15 dəqiqə ərzində doğrayıb. Ehtimal edilir ki, cəsəd parçaları diplomatik nömrə nişanlı avtomobillə konsulluqdan çıxarılıb və naməlum istiqamətə aparılıb.


BAKU.WS