SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS şənbə gününün - 20 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç - Emosional gündür. Hisslərinizin əsiri olmayın, məntiqi unutmayın. Yarımçıq işləri başa vurun. Kollektiv şəkildə çalışmaq olar. Ümumi məqsəd, eyni hədəf uğuru sürətləndirə bilər. Yaxın ətrafınızdakı insanlara sayğı bəsləyin. Axşam saatları romantik anlar vəd edəcək.

Buğa - İntizam tələb edən gündür. Qüvvənizə, iradənizə inansanız, daha yaxşı nəticələrə nail ola bilərsiniz, Biznesi inkişaf etdirmək, daha yaxşı nəticələr əldə etmək üçün yaxşı zamandır. Öhdəlikləri və vədləri unutmayın. Tərəfdaşlarla münasibətlərə xüsusi diqqət yetirin. Dəyər verdiyiniz insanlarla əlaqələrinizi yeniləyin. Mövqelərinizi gücləndirə bilərsiniz. İşlərin daha yaxşı olması üçün məsləhətlərə qulaq asın.

Əkizlər - Yeni münasibətlərin yaxşı perspektivləri olacaq. Gündəlik işdən usanmayın, rutin qayğılar sizdə narazılıq hissi yaratmasın. Bunun səbəbi rəqabət və anlaşılmazlıqdır. Münasibətlərə aydınlıq gətirərkən əlaqələri daha da kəskinləşdirməyin. Öhdəlikləri vaxtında yerinə yetirin. Sevdiyiniz insana vaxt ayırın.

Xərçəng - Səhər saatlarından etibarən əhvalınız yaxşı olacaq. Ruhdan düşməyin, qətiyyətli və iradəli olun. Nikbinlik cari məsələlərin öhdəsindən daha sürətlə gəlməyə imkan verəcək. Bu yanaşma maraqlandığınız işdə sürətlə irəliləyəcəksiniz. Diqqətli olun, xırda detalları nəzərdən qaçırmayın. Yaxınlarınızla aranızdakı fikir ayrılıqlarını aradan qaldırın.

Şir - Səhər saatlarından etibarən yaxınlarınızla ünsiyyətdə etimad amilinə xüsusi diqqət yetirin. Soyuqqanlı və təmkinli olsanız, cari fəaliyyətinizdə yaranacaq istənilən çətinliyi dəf edə bilərsiniz. Hadisələrin sürətli inkişafı sizdə müsbət emosiyalarla yanaşı, mənfi hisslər də yarada bilər. Həmkarlarla, tərəfdaşlarla münaqişə yaratmayın. İstənilən mübahisəli məsələni konstruktiv həll etmək olar.

Qız - Səhər saatlarından etibarən zəhmət çəkməyə, intensiv çalışmağa hazır olun. İşinizi sevirsinizsə, yaxşı nəticələrə nail olacaqsınız.Gəlirlərin artması yaxşı stimul olacaq. İşdə rəhbərlikdən tərif ala bilərsiniz. Karyera müstəvisində irəliləyişlər barədə düşünün. Dəyər verdiyiniz insanla laqeyd davranmasanız, o, sizə dəstək verəcək. Axşam saatlarında normal istirahət üçün evdən çıxın.

Tərəzi - Təmkinli, intizamlı, soyuqqanlı olun. Tənbəllik etməyin. Çətinliklərin qarşısından geri çəkilməyin. Maneələri dəf etmək üçün bütün vasitələrə əl atın. Əks təqdirdə əməyinizin sonucları əhəmiyyətli olmayacaq. Axşam saatlarında alış-verişə yollanmaq olar.

Əqrəb - Fəaliyyətinizdə impulsiv olmayın, risklərə aldanmayın. Vədlər və təklifləri diqqətlə dinləyəndən sonra qərar verin. Həmkardan, tərəfdaşlardan məsləhət istəmək, yardım gözləmək olar. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Rəğbət bəslədiyiniz adamla söhbətinizdə hisslərinizi gizlətməyin.

Oxatan - Günün ilk yarısından etibarən aktiv çalışsanız, məqsədlərinizə nail olacaqsınız. Maneələrlə yanaşı, daxili sədləri dəf etmək üçün ətalətdən, passivlikdən uzaq durun. Köhnə dostlardan və ya tanışlardan birini görəcəksiniz. Faydalı əlaqələri inkişaf etdirin. Mənasız münasibətləri başa vurun.

Oğlaq - Gün ərzində planlarınızı dəyişməli, bəzi məramları təxirə salmalı olacaqsınız. Yarımçıq qalmış işi inandığınız insanlarla əlbir şəkildə başa vurun. Uzaqgörən, təmkinli, sayıq olun. Axşama yaxın bir qədər gərginlik yarana bilər. Təşəbbüslərlə tələsməyin. Problem yaranarsa, onu dərhal həll etməyə çalışın. 

Dolça - Problemli gündür. Qətiyyət, əzm və iradəniz, habelə praktik davranışınız mühüm işlərin öhdəsindən tezliklə gəlməyə imkan verəcək. Ünsiyyət, qeyri-rəsmi təmaslar və işlə bağlı danışıqlar üçün əlverişlidir. Aldığınız məsləhətləri düşünmədən rədd etməyin: onların arasında xeyirlisi var. Xoş sürpriz, hədiyyə istisna deyil.

Balıqlar - Həftəsonu olmasına baxmayaraq ön planda iş olmalıdır. Xırdalıqlar və detallara diqqətli olun. Aldığınız məlumat və informasiyanı sistemləşdirin. Ailə üzvləriniz və qohumlarınızla münasibətlərdə ciddi mövzu yarana bilər. Ailənin yaşlı üzvləri ilə münasibətlərdə həssas və şəfqətli olun.

BAKU.WS