055 213 76 73
Maşınlar bahalaşdı, "London Taxi"ləri ucuzlaşdı - 35 minlik maşınlar 15 minə satılır
“Taksi xidmətinin qiymətinin aşağı düşməsi bunun əyani göstəricisidir. Taksi şirkətlər arasında daşınma uğrunda amansız mübarizə gedir. Hətta bəzi məqamlarda avtobuslardan da ucuz xidmət göstərən taksi xidmətləri var”, - deyə Məzahir Rüstəmov bildirib.
“Həmin dövrdə taksi xidmətində rəqabət yox idi. Bu istiqamətdə şirkətlər mövcud deyildi. Onların yaradılmasına qarşı süni maneələr vardı. Ona görə də, “London taksi”ləri baha qiymətə xidmət göstərirdi.
Bununla da, ölkə büdcəsi hesabına alınan bu avtomobillər indi ucuz satılır. Halbuki, həmin dövrə nisbətən avtomobillərin qiyməti bir neçə dəfə qalxıb.
Rəsmi qurumlar isə “London taksi”ləri ilə bağlı səslənən iradların əsassız olduğunu bildirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova BAKU.WS-ə açıqlamasında bildirib ki, hələ də “London taksi”lərə tələbat böyükdür.
“İstəyirəm bildirim ki, “Bakı Taksi Xidməti”nin “London taksi”lərinə yenə də tələbat var. Daha çox turistlərin bu taksilərə tələbatı böyükdür. Müxtəlif otellərin qarşısında, hava limanında bu taksilərdən istifadə edirlər.
Bu şirkət 500 taksi ilə xidmətə başlayıb. Hazırda onların 490-dan çoxu xidmətdədir. Bir neçə taksi isə qarajda ehtiyat üçün saxlanılır. Fövqəladə hal olduqda, yaxud xüsusi sifariş olduqda onlar xidmətə buraxılır”, - deyə Nuridə Allahyarova bildirib.
Digər taksilərə nisbətən baha olmasına qalınca, deyirsizsə, qurum rəsmisi bu taksilərdə gediş haqqının xidmət səviyyəsinə uyğun olduğunu vurğulayıb.
Taksilərdə sayğacların (taxometr) çıxarılmasına gəlincə, N. Allahyarova deyir ki, bu dövlət nəzarətində olan avtomobillərinə aid deyil:
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Xidmətinin tabeçiliyində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” MMC şirkəti nəzarət edir. Bundan başqa, “Bakı Taksi” MMC şirkəti də “London taksi” ilə xidmət göstərir. Onların maşınları dövlət taksiləri deyil. Onlar özəl daşıyıcı şirkətdir.
Onlar maşınları fiziki şəxslərə sata bilərlər. Dediyiniz sayğacların çıxarılması, maşınların rənglərinin dəyişdirilməsi və digər məsələlər də həmin şirkətin yaxud da, həmin şirkət vasitəsilə özəlləşdirilən avtomobillərin sahiblərinin işləri ola bilər”.
BAKU.WS