VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda keçmiş tanışını bıçaqlayan Xanlar Abudova hökm oxunub.


BAKU.WS "qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə X. Abudova şərti cəza verilib və o istintaq zamanı azadlıqda olduğu üçün sərbəst qalıb.


İttihama görə, hadisə 2018-ci il mart ayında Yasamal rayonu, İzmir küçəsində yerləşən "Solfeggio Lounge & Club"da baş verib.


X. Abudov gecə saatlarında 1991-ci il təvəllüdlü Rəhimov Tərlan Aydın oğlu ilə həmin klubda rastlaşıb.


Onlar arasında çoxdan şəxsi ədavət olub. Ancaq uzun müddət bir-birini görməyən gənclər təsadüfən gecə klubunda rastlaşıblar. Əlbəyaxa davadan sonra Xanlar Tərlana bir neçə bıçaq zərbəsi vurub, xəstəxanaya yerləşdirilən X. Abudovun həyatını xilas etmək mümkün olub.


BAKU.WS