SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabirabad rayonunda baş verən qətlin üstü açılıb.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə açıqlamasında bildirib.


Bildirilib ki, oktyabrın 14-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində İmişli rayon sakini Aqşin Astanovun onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında münaqişə baş verib. Münaqişə zəminində Aqşin Astanov N.Gülbalayevi tüfənglə güllələyib.


N.Gülbalayevin meyitini həmin kəndin ərazisindən keçən kanala atıb.


Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində N.Gülbalayevin meyiti oktyabrın 18-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisindən keçən kanalda, cinayət törədilərkən istifadə edilmiş “TOZ-12” markalı tüfəng və 8 ədəd patron isə Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisindən keçən avtomobil yolunun kənarında tapılıb.


İstintaq-əməliyyat tədbirləri davam etdirilir.


BAKU.WS