VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Qax rayonunda qoz ağacından yıxılan 21 yaşlı gənc aldığı xəsarətlərdən ölüb.

BAKU.WS
report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Güllük kəndi ərazisində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Elşad Ələkbər oğlu Mirzəyev ağacdan yıxılaraq ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılan E.Mirzəyev yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS