SİZİN REKLAM BURADA!
055 213 76 73



Premium avtomobil əldə etmək asanlaşdı.

Audi brendinin Azərbaycanda yeganə və rəsmi idxalçısı “European Cars” MMC “3.3.3” adlı kampaniya elan edərək, Audi A4 modelini əldə etmək istəyənlərə çox sərfəli və əlverişli şərtlər təklif edir. Belə ki noyabr ayınadək hər Audi A4 ultra alan şəxs 3 il kredit müddəti, 3 il zəmanət və 3 il pulsuz dövri texniki xidmət əldə etmiş olur.
Güclü mühərrikli premium sedan A4 –ün qiyməti 36.000 avro təşkil edir. 3 illik kredit imkanı ilə yanaşı müştəri 3 il ərzində tam olaraq Audi servisdə texniki xidmət xərclərindən azad olur. Yəni yağ və yağ filteri, hava filteri, salon filteri, yanacaq filteri, əyləc mayesi, çöl remen, şamlar, sürətlər qutusu yağı və filteri, soyuducu maye, əyləc yastıqları xidmətlər alıcılara təmənnasız təklif olunur. Üstəlik 3 illik zəmanət müddəti avtomobiliniz xərclərini sıfıra endirir. Ümumi götürsək, alıcı 3 il ərzində premium sedan idarə edərək, yanacaq doldurmaqdan başqa heç bir əlavə xərc ödəmir.
Audi A4 ultra modeli S-line eksteryer paketi, 18’ disklər və ən əsası “Launch control” kimi opsiyalarla özündə Audi Sport DNT-sini əks etdirir. Piyada və maneə aşkar edən Audi pre sense city və s. kimi aktiv təhlükəsizlik sistemləri “Vorsprung durch Technik” (Texnologiyadan öndə) şüarını bir daha vurğulayır.
Audi pre sense city opsiyası isə sizin və ətrafdakıların təhlükəsizliyini maksimal təmin edir. Audi pre sense city opsiyası ön kamera sayəsində 100 m. məsafəyə qədər yolunuzda olan maneələri görüb öncədən xəbərdarlıq edir. Əgər toqquşma riski yüksəkdirsə, xəbərdarlıq siqnalından sonra avtomobil avtomatik əyləci işə salır.
Panorama şüşə lük, MMİ radio plus, rəngli displeydə informasiya sistemi,dəri ilə örtülmüş interyer elementləri və s. kimi xüsusiyyətlər A4 modelinin interyerini maksimal komfort edir.
Hər bir opsiya barədə ətraflı məlumat almaq üçün Babək prospekti 43A ünvanında yenicə inşa olunan avtosalona yaxınlaşa bilərsiniz. Əlaqə nömrələri: 012 570 00 77 / 050 570 00 77