SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS bazar gününün - 30 sentyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
- Ehtiyatlı olun. Bu gün uğur qazanmaq gözlədiyinizdən çətin olacaq. Qətiyyətli olsanız istəyinizə çata biləcəksiz. Bəzi qoçlar, ürəklərincə olmasa da hiyləgərlik fərasətlərini işə sala bilərlər. Uğursuz təsadüflər mümkündür. Onlar sizi düşündüyünüzdən çəkindirməyəcək, lakin zamanınızı alacaq problemlər yarada bilər. Unutmayın, nə qədər az risk edirsiz, bir o qədər istəyinizə çatmaq şansı əldə edirsiz.

Buğa - İşlərinizi təxirə salmayın. Səhər saatları bir çox məsələlərdə uğur vəd edir. Məhz bu müddətdə boş danışıqlara vaxt itirmədən qətiyyətlə hərəkət etməlisiz. İmtina edə bilməyəcəyiniz işgüzar təkliflər istisna edilmir. Lakin öhdəlik götürmədən öncə maksimum informasiya toplayın. Düşündüyünüzdən daha çətin layihə ola bilər. Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Əkizlər - Müsbət tendesiyaların üstünlük təşkil edir. Bir çox uğurlar qazana biləcəksiz. Tələsmək lazım deyil, qərar vermək üçün hər addımınızı ölçüb-biçməyə zamanınız olacaq. Uğurlu sövdələşmə və sərfəli alış-veriş mümkündür. Pulla bağlı məsələlərdə intuisiyanız sizi aldatmır. Lakin şəxsi məsələlərdə ciddi problemlər ehtimalı var. Bunun baş verməsini istəmirsizsə, qarşı tərəfə ilk xoşməramlı addımı siz atın.

Xərçəng - Sizi uğurlu gün gözləyir. Çoxdan bəri təkcə sizi deyil, yaxınlarınızın da həllə etməkdə çətinlik çəıkdiyi bir çox məsələlərdə şans üzünüzə güləcək. Məhz belə orijinal məsələlərdə səs-küylü nəticə əldə etmək olur. İnsanlarla ünsiyyət yaxşı alınır, onların simpatiyasını qazanmaq sizə asandır. Bu amil işlərinizdə kömək ola bilər. Nüfuzlu şəxslə tərəfinizə keçəcəklər. Həm də, son zamanlar mübahisə etdiyiniz insanla münasibətləri düzəldə biləcəksiz. Siz indi bir çox hadisələrə fərqli rakusdan nəzər salıb, öz səhvlərinizi etiraf etməyi bacarırsız.

Şir - Bu gün çox həssassız və təxribatlara asanlıqla uyursuz. Ünsiyyətlərdə seçici olun, sizi özünüzdən çıxaran insanlardan uzaq durmağa çalışın. Belə insanlarla əlaqə xüsusilə zərərlidir. Sizi dəstəkləyən və ilhamlandıran yaxınlarınızla görüüşdən sonra özünüzü güclü və enerjili hiss edəcəksiz.
Nəticəsi sizi məyus etməyəcək sövdələşmə bağlaya bilərsiz. Ağlınızı işlətsəniz günü zərərsiz başa vuracaqsız. 

Qız - Tələsməyin, bu gün ölçülüb-biçilmiş hərəkətlər və qərarlar tələb edir. İndi istəklərinizi reallıq kimi göstərmək, sonra peşiman olacağınızı etmək çox asandır. Əvvəlllər hər bir işdə bel bağladığınız insanlarla fikir ayrılığı istisna deyil. Sülh və qarşılıqlı hörməti saxlamaq üçün güzəştə getməli olacaqsız. Maliyyə ilə bağlı qərarlar vermək məsləhət görülmür. Bu gün əlinizi cibinizə salmayın, alış-veriş də uğurlu olmayacaq.

Tərəzi - Ehtiyatlı olmalısız. Gün özüylə xoşagəlməz sürprizlər gətirə bilər. Xüsusilə də, asan və tez uğur qazanmağa vərdiş etmiş tərəzilər üçün çətin olacaq. İndi səbrinizi basıb gözləməlisiz, çünki istənilən planın gerçəkləşməsinə sizin düşündüyünüzdən çox zaman gərəkdir. Maliyyə ilə bağlı ciddi öhdəliklərə girişməyə tələsməyin, itki qaçılmazdır. İşgüzar və şəxsi münasibətləri qarışdırmaq qətiyyətlə bəyənilmir. Bu sizin üçün böyük xoşagəlməz problemlərə səbəb ola bilər.

Əqrəb - Ən yaxşısı işlərinizi təxirə salmayın. Günün birinci yarısı çox uğurludur. Məhz bu ərəfədə bir çox işlərdə uğur əldə edə bilərsiz; çətin tapşırıqların öhdəsindən gələ bilərsiz, çoxdankı münaqişələri qaydasına sala bilərsiz. Nüfuzlun insanların dəstəyi yerinə düşərdi. Əvvəllər xeyir verdiyiniz insan, sizi dəstəkləyəcək. Günün ikinci yarısı itirdiyiniz gücünüzü bərpa etmək üçün istirahət edin.

Oxatan - İşlərinizdə problemlər yarana bilər. Diqqətinizi cəmləməkdə çətinlik çəıkirsiz, bu səbəbdən səhvlər qaçılmazdır. Düşünülməmiş addımlar son zamanlar böyük güc sərf etdiyiniz işinizə xələl gətirə bilər. Sizi yaxşı tanıyan, anlayan ən yaxşı dostlarınızan kömək üçün müraciət edə bilərsiz.  Köhnə tərəfdaşların əməkdaşlığı bərpa etmək istəməsi istisna deyil. Şəxsi müstəvidə vəziyyət qənaətbəxşdir. Gün köhnə dostlarla ünsiyyətə və yeni tanışlıqlara yarayır. Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiz.

Oğlaq - Çox uğurlu gündür. Müttəfiqlər və həmfikirlər tapıb çətin işlərin həllinə girişə bilərsiz. Sizə xeyir gətirəcək yeni tanışlıqlar mümkündür. Başqa insanları çox gözəl başa düşürsüz. İnsanların sizdən gizlətmək istədiklərini anlayırsız. İşgüzar danışıqlar aparmaq, mühüm məsələləri müzakirəsi üçün yaxşı gündür.  Nüfuzlu insanın dəstəyindən yararlanmaq və çoxdan düşündüyünüzü reallaşdırmaq şansı əldə edəcəksiz. Ailə işlərinə zaman ayıdır. Qohumlarınızın sizə kömək üçün müraciət edəcəyi istisna deyil. 

Dolça - Məhsuldar gündür. Enerjinizin və gücünüzün aşıb-daşdığını hiss edirsiz və necə uğur qazana biləcəyinizi də bilirsiz. İntiusiyanızın səsini dinləsəniz işdə yaranacaq problemlərdən qaça və düzgün qərar verə bilərsiz. Gözləmədiyiniz insanlardan dəstək alacaqsız. Rəqiblərinizi ən etibarlı müttəfiqinizə çevrilə bilər. Pozitiv tendesiyalar mərhələ ilə güclənəcək, ulduzların dəstəyini hiss edəcəksiz. Maraqlarınızı bölüşən dost və həmkarlarla ünsiyyət yaxşı alınacaq.

Balıqlar - Sizi aydın və zəngir gün gözləyir. Ulduzlar xoş gözlənilməzliklər və uğurlu təsadüflər vəd edir. Maraqlı işgüzar təklif istisna edilmir. Çox düşünmədən qəbul edə bilərsiz, məmnun qalacaqsız. Ağlınızla istedadınızı bir yerdə tətbiq edib, əvvəllər heç kimin ağlına gəlməyən bir şeyi edə bilərsiz. Çevrənizdəkilər təəccüblənəcək. Xoş tanışlıqlar ehtimal edilir. Yeni tanıdığınız insanlarla asan dil tapırsız, çoxlarının xoşuna gəlirsiz. Tezliklə sizin üçün ciddi olacaq romantik münasibətlərin başlanğıcı mümkündür.

BAKU.WS