VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aparıcı Zülfiyyə Bayramova növbəti dəfə xəstəxanaya yerləşdirilib.

BAKU.WS-in məlumatına görə, Zülfiyyə palatadan çəkdirdiyi şəkli izləyiciləri ilə bölüşüb və yazıb:

“Müalicəmin ən ağır dönəmi başladı. Milli Onkologiyanın tibbi heyəti mənə görə çox narahatdı. Sağ olun ki, mənə belə dəyər verirsiniz. İnşaAllah əlbir olub bu dönəmi də geridə qoyarıq. Amma narahat deyiləm, bilirəm ki, göydə Allah yerdə sizin, sevimli izləyicilərim, dualarınız məni həmişəki kimi dim-dik ayaqda saxlayacaq.”.

Qeyd edək ki, Z.Bayramova bu ilin əvvəlində xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı. O, müalicəsini Bakıda davam etdirir.

BAKU.WS