VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Təhsil naziri Ceyhun Bayramov “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən BAKU.WS-ə bildiriblər ki, əmrə əsasən, 2018-2019-cu dərs ilində Bakının, həmçinin bir sıra şəhər və rayonların bəzi təhsil müəssisələrinin I-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə nazirliyin layihəsi davam etdiriləcək.

Eyni zamanda, rus dili intensiv tədris edilən siniflərin 2018-2019-cu dərs ilinə aid tədris planı və tədris planına dair “Qeydlər” (1 və 2 nömrəli əlavələr) təsdiqlənib.

BAKU.WS