SİZİN REKLAM BURADA!
055 213 76 73


NIKOIL | Bank-ın əməkdaşları yeni tədris ilinin başlaması ilə əlaqədar “Mərhəməti qəlblərdə yaşadaq” şüarı altında keçirilən xeyriyyəçilik missiyası ilə valideyn himayəsindən məhrum olan 5 yaşdan 19 yaşadək 60 uşağın yaşadığı Osman Mirzəyev adına qarışıq tipli uşaq evini ziyarət etdilər.

BAKU.WS
xəbər verir ki, bank əməkdaşları cari ilin avqust ayında baş ofisdə xeyriyyə məqsədilə keçirilən səhər yeməyində toplanmış vəsaitlərin hesabına alınan hədiyyələrlə uşaqları sevindirdilər. Bu cür xeyriyyə tədbirlərinin təşkili bankın əməkdaşlarına ölkənin sosial həyatında fəal iştirak etmək üçün fürsət yaradır. Uşaqların səmimi sevinci uşaq evlərinin tez-tez ziyarət edilməsinin nə dərəcədə vacib olduğunu göstərir.

NIKOIL | Bank - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır.

Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi əməliyyatları təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbank

BAKU.WS