SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabirabadda mikroavtobus yük maşını ilə toqquşub.

BAKU.WS
ARB TV-yə istinadən xəbər verir ki, qəza nəticəsində 6 qadın, 2 kişi xəsarət alıb.

Hadisə səhər saatlarında rayonun Polad Tuğay kəndi ərazisində qeydə alınıb. Qarağac kənd sakini Cəmaləddin Əliyev idarə etdiyi mikroavtobusla işçiləri istixanaya aparan zaman iki qoşqulu “KAMAZ” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində mikroavtobusun sürücüsü və Polad Tuğay kənd sakinləri, Qəmər İsayeva, Gülşən Şahquliyeva, Şəfiqə İbadova, Lətifə İsayeva, Oral Eyvazov, Bircəqız İslamova və Zinaida Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə şahidi gördüyü mənzərəni belə təsvir edib: “Vurub sürüşdürdü o tərəfə”.

Qəzanın hansı səbəbdən baş verdiyi araşdırmalarla bəlli olacaq.

BAKU.WS