SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV-də yayımlanan "BizimləSən" verilişində əməkdar artist Tünzalə Əliyevanın mənzil kreditinin ödənilməsi üçün yardım kampaniyası davam edir.

Sosial şəbəkə istifadəçilərinin bir çoxu isə aktrisanın bahalı avtomobilinin olmasını qeyd edərək, onun insanlardan yardım istəməsini qınayır. 

BAKU.WS-in məlumatına görə, növbəti dəfə studiyaya gələn Tünzalə Əliyeva onu qınayanlara canlı efir vasitəsi ilə müraciət edib.

Aktrisa bunları deyib:

"Hamı yazır ki, altında maşını var, niyə satmır? Bu günə qədər də o maşın məsələsi həll olunmayıb. Bir ildir o maşının üstündə stress yaşayıram. Ay qurban olum sizə, sata bilmirəm. Niyə məni qınayırsınız? Halal zəhmətimlə maşın aldım, üstündən 1 ay keçdi və məlum oldu ki, maşının məndən öncə insanların problemləri var. Axırıncı məhkəməni udmuşam, amma aylar keçməlidir".

Hüseyn Məmmədsalahov
BAKU.WS