SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS cümə gününün - 28 sentyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
- Kollektivdə, dostlarla münasibətlərdə ehtiyatlı olun. Eyni vaxtda bir neçə işə başlamayın. Ötənlərdə yaşanmış hadisənin əks-sədası indi duyulur. İnsanlar və hadisələr əvvəlki seçiminizi bir daha xatırlamağa vadar edəcəklər.Yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin. Həddən artıq tələbkar və aqressiv olmayın. Nə işlə məşğul olacağınızı özünüz seçin.

Buğa - Əlverişli gündür. Maliyyə məsələlərində uğurlu əməliyyatlar istisna deyil. Dostlarla daha çox ünsiyyətdə olun. Sizi sevirlər, dəyər verirlər. Lakin fikir ayrılıqları yaranarsa, mübahisə etməyin. Hər kəsin fikrinə hörmətlə yanaşın. Çünki hər kəs özünə görə haqlıdır. Unutmayın, hər kəsin öz doğrusu vardır. Müdrik məsləhətinə qulaq asın.

Əkizlər - Son günlər talehin xoş olmayan sürprizləri sizi yorub. Lakin hər şeydə olduğu kimi bu həyatda heç nə, eləcə də çətin günlər əbədi deyil. Bu gün şəxsi münasibətlərdə və peşəkar sahədə irəliləyiş gözlənilir. Bununla yanaşı, sizə istirahət barədə düşünmək məsləhət görülür. Özünüzü gözəl istirahətlə mükafatlandırmağın zamanı gəlib.

Xərçəng - Peşəkar fəaliyyətinizə yaradıcı və innovasiyalı yanaşmanız sizi istənilən vəziyyətdən çıxara bilər və ən inanılmaz uğurlar qazanmanıza kömək edəcək. Siz bu gün istənilən işin öhdəsindən gələcəksiz. İşdə də, şəxsi həyatda bəxtiniz üzünüzə güləcək. Günün şansından maksimum yararlanın. Ən vacib işlərini və planlarınızı bu günə sala bilərsiz.

Şir - Uğurlu gündür, əl atdığınız hər işdə bəxtiniz gətirəcək. Lakin sağlamlığınıza diqqət yetirin. Xırda xoşagəlməzliklər kefinizi poza bilər. Qeyri-stabil əhval-ruhiyyə nümayiş etdirəcəksiz. Münasibətlərdə təmkinli olun. Zəif əsəb sisteminiz hər xırda məsələyə qıcıq olmanıza səbəb olacaq. Bu səbəbdən də səs-küylü ortamlardan uzaq olun.

Qız - Yaxşı gündür. İşgüzar, eləcə də şəxsi məsələlərdə bəxtiniz gətirəcək. Bu gün əliaçıq olun. Çoxdan istədiyiniz əşyanı ala bilərsiz. Bütün işlərinizi gələn həftəyə təxirə salın və günü ailənizə həsr edin. Özünüzü diskomfort hiss edəcəksiz. Sizi böyük və xoş olmayan dəyişikliklər gözləyir. Ulduzlar təkliyə çəkilib dincəlməniz məsləhət görür.

Tərəzi - Bu gün ulduzlar bütünlüklə Əkizlərin tərəfindədir. Fortuna onlara öz gülümsər üzünü göstərir. Bir sözlə, xoş sürprizlərə hazır olun. Ola bilsin sevgidə bəxtiniz gətirəcək ya da əlinizə gözləmədiyiniz pul gələcək. Əgər hansısa planınızı həyata keçirmək istəyirsizsə, bu gündən yaxşı gün tapa bilməyəcəksiz. Günün uğurunu əldən buraxmayın.

Əqrəb - Passiv və ağır gündür. Əhvalınızın korlanmasına imkan verməyin. Öhdənizə yeni səlahiyyətlər götürməyin. Əvvəlki işlərlə məşğul olmaqda davam edin. Həftənin sonudur, özünüzə zaman ayırın. İşdə rəhbərlik və həmkarlarla münasibətdə bəxtiniz gətirəcək. Dostların və güvəndiyiniz nüfuzlu şəxslərin məsləhətləri öz effektini verəcək. Yaxınlarınıza güvənin.

Oxatan - Şeytani və enerjili gündür. Ulduzlar doğmalarınıza qarşı aqresiyadan uzaq olmanızı məsləhət görür. Sağlamlığınızda problem yarana bilər. Səhhətinizə ziyan vura biləcək qidalardan uzaq olun. İşlərinizdə ehtiyatlı olun; hadisələr gözlədiyiniz kimi alınmaya bilər. Ən yaxşısı diqqət tələb olunan işdən uzaq olun.

Oğlaq - Hadisələr xoşagəlməz axarı və ya bədxahlarınızın gərəksiz müdaxiləsi hər şeyi buraxıb prinsipləriniz uğrunda mübarizəyə qalxmanıza səbəb olacaq. Özünüzü ələ almağa çalışın. Belə etsəniz itkiləriniz az olacaq. İş səfəri, romantik gğrüş və səyahət üçün əlverişli gündür. Yediklərinizə diqqətli olun. Məhəbbət, məmnunluq bu gün sizi gözləyir.

Dolça – Bu gün qadın şirlər öz istedadlarını nümayiş etdirə biləcəklər. Fantaziyanızı işə salın. Yuxularınız xoşbəxt və çin olacaq. Yuxuzdakı rəqəmlər gözlənilməz xəbərə işarədir. Gün yeni işlərin başlanğıcı üçün əlverişlidir. Yeni layihələr barədə düşünənlər himayədarların köməyindən istifadə edə bilərlər. Tərəf müqabilləri ilə danışıqların nəticəsi uğurlu olacaq.

Balıqlar – Gün rəngarəng və dəyişkəndir. Karyerada yüksəliş, sərfəli iş təklifi mümkündür. Yaxşı düşünün, tələsik qərar verməyin. İstənilən halda tutduğunuz mövqeni möhkəmlətməyə çalışın. Hadisələri ayıq başla dəyərləndirməyiniz səhvlərdən qaçmağa kömək edəcək. Hazırda rəhbərlik və həmkarlarla yaxşı münasibətləri qoruyub saxlamaq daha vacibdir.

BAKU.WS