SİZİN REKLAM BURADA!
055 213 76 73



Elşad Xosenin "İnstagram" səhifəsinin yeni sahibi kimdi? Bu sualı 35 min izləyəci bir gündə öz-özünə verdi.

BAKU.WS
 xəbər verir ki, səhifənin adı dəyişərək "JayHunMusic" adlandı. Bəs JayHunMusic kimdi?

Bu sualın cavabını "Youtube"da axtararkən məlum oldu ki, həmin hesabın Elşad Xose, Səidə Sultan, Anar Nağılbaz və digər ulduzlarla birgə duetləri var. Lakin bu gün Youtub kanalında onunla bağlı heç bir məlumat yoxdu və bütün videoarxivi silinib.


Araşdırmalarımız nəticəsində məlum oldu ki, bu istedad Ukraynanın "Djafarov Creative" şirkəti ilə müqavilə imzalıdıqdan sonra ilk tələb bu olub; musiqiçinin bundan əvvəl gördüyü bütün işlər İnternetdə silinsin. "JayHunMusic" tam yeni imic və musiqi tərzilə təqdim edilib. İlk layihə olaraq türk dilində yazılan "O bəndə" mahnısı seçilib.


16 saat davam edən çəkiliş zamanı musiqiçi məşhur azərbaycanlı model Ramina Abbasova ilə bərabər liftdə qalıb. Klip dünyanın 2-ci ən böyük "youtube" kanalı olan Netd-də (11 milyondan çox olan izləyicisi olan ) kanal vasitəsilə təqdim olundu. Bu günə qədər Azərbaycandan bu Yutub kanalı vasitəsilə Miri Yusif, Aygün Kazımovanın klipləri təqdim olunub.

Həmin ifanı təqdim edirik:

BAKU.WS