SİZİN REKLAM BURADA!
055 213 76 73



Gənclər avtomobil hərəkətdə olan zaman maşından enərək rəqs edirlər. Bütün bunlar isə anbaan telefon vasitəsi ilə lentə alınır.

BAKU.WS
Xəzər TV-yə istinadən xəbər verir ki, son zamanlar sosial medianın trendi olan "Kiki challenge"ə ölkəmizdə də maraq göstərənlər çoxdur. Hətta məşhurlar, o cümlədən Şəbnəm Tovuzlu da bu cür rəqslə özlərini sınayırlar. Amma bu zaman bəzən təhlükə də qaçılmaz olur.

Məsələn, Şəbnəm Tovuzlu rəqs zamanı baş verə biləcək qəzadan son anda xilas olsa da, bu trendi təkrarlayanlar arasında bəxti gətirməyənlər olur.

Sosial şəbəkələrdə yayılan bu cür görüntülərə qarşı polis tərəfindən araşdırmalara başlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib ki, artıq 4 nəfər məsuliyyətə cəlb olunub.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik.

BAKU.WS