SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində yenə də erməni əsgəri ölüb.

BAKU.WS
xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Verilən informasiyaya görə, Ermənistan Silahlı Qüvvələrinin əsgərinin meyiti hərbi hissələrin birindən tapılıb. Sentyabrın 26, saat 20:10-da tapılan meyitin üzərində ölümcüm yara aşkarlanıb.

Araşdırmalar zamanı həmin əsgərin 1999-cu ildə anadan olmuş Aqasi Mkrtçyan olduğu məlum olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

BAKU.WS