SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın Ufa şəhərində qəribə hadisə baş verib.

BAKU.WS
xəbər verir ki, şəhər qəbirstanlığında qeyri-adi məzar görənləri təəccübləndirib. Baş daşı “iPhone 6” formasında tikilib.

Məzar 28 yaşlı Rita Raisovna adlı qıza məxsusdur. O, mobil telefonunu çox sevdiyi üçün baş daşı da məhz telefon formasındadır.

Qara mərmərdən hazırlanan baş daşının qiyməti 2 min dollardan baha başa gəlib.

Mobil telefon formasında olan baş daşının üzərində gənc qızın şəkili əks olunub. Foto telefonun ekranına qoyulub. Şəkilin aldında qızın doğum və ölüm tarixləri, adı və soyadı yazılıb.

Baş daşının arxasında isə “Apple” loqosu və markanın adı yazılıb. Bundan başqa, baş daşında telefonun kamerası da qoyulub.

Həmin məzarın fotolarını təqdim edirik:

Ziya SƏCCAD
BAKU.WS