SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni tədris ilinin başlamasından təxminən 10 gün keçməsinə baxmayaraq paytaxt nəqliyyatında xaos davam edir.

BAKU.WS
“milli.az”a istinadən xəbər verir ki, günlərdir Zabrat-Sabunçu yolunda kilometrlərlə yaranan tıxac problemi həllini tapmaq əvəzinə, daha da "uzanır".


Bu problem nəqliyyatın digər növü - metrodan da yan keçməyib.


Belə ki, 2 dəqiqəlik interval ilə işləməli olan qatarlar bu səhər də təxminən 4 dəqiqədən bir platformaya daxil olub.


Bu isə səhər saatlarında "Koroğlu" və "Qara Qarayev"dən fərqli olaraq sərnişinlərin nisbətən seyrək olduğu "Neftçilər" stansiyasının platformasında da sıxlığa səbəb olub.


BAKU.WS