SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, ATV-də yayımlanan "BizimləSən" verilişində əmək qabiliyyətini itirən əməkdar artist Tünzalə Əliyevaya yardım aksiyası davam edir.

BAKU.WS-in məlumatına görə, bu dəfə studiyaya mərhum aktrisa Xanım Qafarovanın qızı Gövhər gəlib.

Gövhəri görən T. Əliyeva göz yaşlarına boğulub:

"Bilmirəm, bəlkə də çox az müddət qalıb, sənin mamanla görüşəcəyəm o dünyada. Sənə gəldiyinə görə təşəkkür edirəm, çox sağ ol".

Xatırladaq ki, mərhum sənətkar Xanım Qafarova 2014-cü ilin iyulunda xərçəng xəstəliyindən dünyasını dəyişib.

Hüseyn Məmmədsalahov
BAKU.WS