VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda azyaşlı qız ölüm ayağındadır. Onun həyatda qalması isə möcüzə və ya yaxşı insanların dəstəyi ilə baş verə bilər.


06.02.2016 təvəllüdlü Nərgiz Məmmədova ağır xəstəlikdən əziyyət çəkib. Bu barədə uşağın anası Könül Məmmədova BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, qızı SMA, əzələ əriməsi xəstəliyindən əziyyət çəkir.


“Nərgizin vəziyyəti gündən günə ağırlaşır, hər gün ölüm riski ilə qarşılaşa bilər. Həyatda yaşamağı üçün "SPINRAZA" iynəsi lazımdır”, - deyə Könül Məmmədova. Bildirib.


Qeyd edək ki, “Spinraza”nın ən azı 1 qutusu iynə şəklində vurulur. Qutunun daxilində 4 ədəd iynə var. 1 qutunun qiyməti 125 000 ABŞ dollardır.


“Həmvətənlərimizin sayəsində hazırda 57 000 manat vəsait yığılıb. Bir ana kimi xahiş edirəm, biganə qalmayın, balamı xilas etməyə kömək edin. Yalvarıram, qızıma birlikdə dəstək olaQ. Bircə balamdır”, - deyə ana bildirib.


Vəsaiti Kapital Bankın kartına köçürə bilərsiniz.
Hesab Kodu: 4169 7332 1323 0761 Müsteri Kodu: 0360228
Milli Ön terminalları vasitəsilə.
Card to Card xidməti vasitəsilə.
İnternetBanking və Mobil Banking Visa kartları vasitəsilə.
Xaricdən Western Union, Золотая Корона Könül Mammadova adına. Könül xanımın əlaqə nömrəsi 050 862 52 18


Qeyd edək ki, ailə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 67 ünvanında yaşayır.


BAKU.WS