VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aparıcı, aktrisa Aysel Nazim yeni seriala çəkilir.

"Sevgi naminə" serialında yaratdığı obrazı haqqında ilk dəfə BAKU.WS-ə danışan A. Nazim bunları deyib:

"Serialda Nazlı adlı xanımı canlandırıram. Nazlı fədakarcasına, amma qarşılıqsız sevən qadın obrazıdır. Qarşılıqsız sevgi yaşayıram. Tək acizliyim, zəifliyim sevdiyim oğlana olan hisslərimdir. Nazlı oğlanı həddindən artıq çox sevir, amma qarşılıq görmür".

Qeyd edək ki, serial tezliklə ATV kanalında yayımlanacaq. Ekran işində əməkdar artistlər Füzuli Hüseynov, Anar Heybətov, aktrisalar Ceyran İsgəndər, Günəş Mehdizadə, aktyor Rüfət Nəzər və başqaları rol alıblar. 

Hüseyn Məmmədsalahov
BAKU.WS