VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı şəhəri, Sabunçu rayonu 67 saylı məktəbdə şagird dərs zamanı vəfat edib.

BAKU.WS xəəbər verir ki, bu barədə “Report”a məktəbdən məlumat verilib.

“Böyük təəssüf hissi ilə nəzərinizə çatdırıram ki, məktəbimizin II "ğ" sinif şagirdi 12.06.2011-ci il təvəllüdlü Xəlilov Sabir Adil oğlu bu il sentyabrın 24-də saat 16:40 radələrində vəfat edib. Şagird özünü narahat hiss eden anda dərhal ona ilk tibbi yardım göstərilib, lakin təəssüf ki, kömək etmək mümkün olmayıb”, - məktəbdən bildirilib.

Faktla bağlı araşdırma aparılır, ölümün səbəbi tibbi-ekspertizanın rəyindən sonra məlum olacaq.

Bakı şəhəri, Sabunçu rayonu 67 saylı məktəbdə ikinci sinif şagirdinin dünyasını dəyişməsi ilə bağlı yeni məlumatlar yayılıb. Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə tənəffüs zamanı yaşanıb.

Sözügedən məsələ ilə bağlı açıqlama verən məktəbin direktoru İradə İbrahimova bildirib ki, hadisə tənəffüs zamanı, uşaq yemək yeyərkən baş verib:

"Xəlilov Sabir Adil oğlu tənəffüsdə içərisində sosiska olan çörək yeyirdi. Uşağın anginası var idi. Bu zaman müəlliminə yaxınlaşıb dedi ki, boğuluram. Uşağı təcili məktəbin tibb bacısının yanına gətirdik ki, kömək etsin. Bu an uşağın dili qatlandı və tibb bacısı dilini tutmağa çalışdı. Tez təcili yardıma da zəng etdik. Təcili yardım gəlsə də uşağa heç nə edə bilmədilər. Təəssüflər olsun ki, azyaşlının həyatını xilas etmək mümkün olmadı. Artıq sözügedən hadisə ilə bağlı polis araşdırma başlayıb. Onu da qeyd edim ki, bu uşaq 10 ildən sonra dünyaya gəlib".üb

BAKU.WS