SİZİN REKLAM BURADA!
055 213 76 73



Bəstəkar-müğənni, aparıcı Murad Arif Lider TV ilə yollarını ayırıb.

BAKU.WS-ə özəl açıqlama verən M. Arif bildirib ki, bir müddət heç bir televiziya kanalında görünməyəcək:

"Artıq 5-ci aydır ki, dövlət konsertləri istisna olmaqla, verilişlərdə aparıcı və ya qonaq qismində də görünmürəm. Söhbət yalnız "Lider"dən getmir. Ümumiyyetlə, qışa qədər televiziyalarda görünməyi sıfıra endirmək qərarındayam. Sadəcə olaraq, belə lazımdır. Detalları açıqlamayacağam. İnstaqram, Feysbuk səhifələrim və Yutub kanalımdan yeniliklər açıqlanacaq".

Xatırladaq ki, M. Arif Lider TV-də çalışdığı 10 il ərzində "Solo", "Status" kimi verilişlərin aparıcısı olub.

M. Arif hazırda "Youtube"da böyük marağa səbəb olan "Popumuz var" layihəsini təqdim edir. Sözügedən layihə "MuzTV Azərbaycan" kanalında da yayımlanmaqdadır.

Hüseyn Məmmədsalahov
BAKU.WS