055 213 76 73
Bu il həyata keçirilən 67 kəndlərarası avtomobil yolu layihələrindən biri də məhz Qəbələ rayonunda Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx yaşayış məntəqələrini əhatə edən və uzunluğu 18 km olan avtomobil yolunun yenidən qurulması layihəsidir.
Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün gediş-gəlişdə yaşanan çətinliklər yolun yenidən qurulması ilə geridə qalacaq.
Bununla da yol boyu yaşayan 10 min nəfərdən artıq əhalinin gediş-gəlişi həm təhlükəsiz olacaq, həm də xeyli rahatlaşmaqla yük və sərnişin daşıması asanlaşacaq.
Bu amillər isə kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir etməklə vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olacaq.
Yolun yararsız qruntu 34 min kub.m sahədə qazılaraq çıxarılıb, yola yararlı çınqıl materialı tökülərək genişləndirilib, genişləndirilmiş və bitki qatından təmizlənmiş ərazilərdə yenidən kipləşdirmə işləri aparılıb və 72 min kub.m sahədə yeni yol yatağı inşa edilib.
Daha sonra 170 min kv.m sahədə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının alt və üst layının layihədə nəzərdə tutulmuş qalınlıqlarda inşası aparılıb və yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənmsi işlərinə start verilib.
Yenidənqurma işləri çərçivəsində süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılıb.
Bütün işlər tikinti norma və standartlarına uyğun olaraq, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır.\
Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması və yol boyu zəruri olan yerlərdə 98 ədəd yol nişanı və məlumatverici lövhə, 36 km göstəricisi və 720 ədəd siqnal dirəyi quraşdırıldıqdan, 69 km uzunluğunda yolcizgı və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkildikdən sonra yol tam müasir şəkildə yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək.